az | ru | en


    Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlıq etməyə hazırıq.

    Heydər Əliyev

 

    Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan Dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Bizim məqsədimiz Azərbaycanı müasir, zəngin, güdrətli dövlətə çevirməkdir.

    İlham Əliyev

 

  HAQQINDA

 
       Azərbaycan mənəvi və maddi sərvətləri ilə zəngin olan qədim ölkədir. XIX  əsrdən başlayaraq Azərbaycan dünyanın öncül neft istehsalçılarından biri olmuşdur. Dünyada ilk buruq 1848-ci ildə Azərbaycanda başlamışdır. Rotşild, Rokfeller və Nobel qardaşları kimi əfsanəvi sənayeçiləri ozünə cəlb etmiş Azərbaycan artıq 1901-ci ildə dünya neftinin yarısını (ildə 11 milyon ton) istehsal edirdi.
       1920-1991-ci illərdə Sovet İttifaqının tərkibində olarkən Azərbaycan neft və qaz sənayesində qabaqcil movqeyini saxlamış və SSRİ-nin “Neft akademiyası” adlandırılmışdır. 1928-ci ildə ilk dəfə sənaye üsulu  ilə qaz istehsalına, 1949-cu ildə isə dənizdə ilk neft istehsalına da Azərbaycanda başlanılımışdır.
       SSRİ Nazirlər Sovetinin 31 oktyabr 1949-cu il tarixli “Xəzərdə dəniz neft istehsalının inkişafı haqqında” sərəncamı ilə “Azneft” birliyi, onun tərkibində isə SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə Üzən Vasitələr idarəsi yaradıldı.
       Xəzər Dəniz Neft Donanmasının  inkişafı yolu da məhz bu tarixdən başlanır. Həmin dövrdə “Artyomneft” və “Stalinneft” dəniz qazma trestlərinin üzmə vasitələri yeni yaradılmış idarənin tərkibinə keçilirdi. Bunlar əsas etibarilə “Transportnik”, “Qəbələ”, “BMK-90” tipli kiçik həcmli katerlər, buxar yedəkləri, “Gürganı” və “İliç Buxtası” özü hərəkət etməyən 20 tonluq üzən kranlar, taxta kərəçilər və özü hərəkət etməyən barjalar idi. SSRİ Neft Sənayesi Nazirliyinin 22 yanvar 1953-cü il tarixli əmri ilə Üzən Vasitələr idarəsi “Xəzərdənizneftdonanma” idarəsinə çevrildi.
 

 
 
  Xəbərlər
 
 
 
 
 
©2008, CSOF, All rights reserved.
Created by Vision PC