13.09.2007
       Xəzər Dəniz Neft Donanmasının «General Şıxlinski» kran gəmisi Bakı Dərin Dəniz Özüllər zavodunda inşası başa çatdırılmış dayaq blokunu yükləyərək Neft Daşları 2415 saylı özülə nəqli, quraşdırılması və bərkidilməsi planlaşdırılır.
       «Şirvan-2» kran gəmisi «28 may» adına NQÇİ-nin sifarişinə əsasən hava şəraitinin əlverişli olmasına baxmayaraq Günəşli neft-qaz yatağında vacib avadanlıqların özüllərə verilməsini yerinə yetirib.
       «Şirvan-3» kran gəmisi Zığ yük sahəsində tikinti işlərinin sürətlənməsi ilə əlaqədar 175t qum, 75t beton plitə, 80t boru və digər vacib yükləri Neft Daşlarına çatdırılmışdır. 
       «Vaqif Cəfərov» kran gəmisi Bahar yatağı 76 saylı özüldə gəmilərin yan alma meydançalarını quraşdırdıqdan sonra növbəti iş planına uyğun olaraq Neft Daşlarına yola düşmüşdür.
       «Atlet-8» kran gəmisi çətin hava şəraitində qazma işlərinin dayanmaması üçün qazma borusunu Neft Daşları 2387 saylı özülə çatdırmışdır.
       «Əli Əmirov» mühəndis-geoloji gəmisi əlverişli hava şəraitində  «28 may» adına NQÇİ-nin sifarişi ilə Günəşli neft-qaz yatağında 11 saylı Dərin Dəniz Özülündə 20 düymə boru xəttinə yoxlama baxışı keçirilməsi planlaşdırılır.
       «General Əsədov» sərnişin gəmisi istismardan çıxarılaraq tərsanə təmirinə saxlanmış təmizləmə işləri başa çatdırılaraq Gəmi təmiri zavoduna aparılmışdır.
       Hava şəraitinin küləkli keçməsi ilə əlaqədar dənizdə donanmanın gəmiləri tərəfindən işlərin yerinə yetirilməsi mümkün olmayıb.

http://www.kmnf-az.com/az/archive/view/19