| 02.04.2008 | «Z.Hacıyev» Azəri Drillinq şirkətinin avadanlıqlarını Bulla-Dəniz 82 saylı özülə apararaq quraşdırmış və Sənqaçal 569 saylı özüldən avadanlıqları Ələt –Dəniz 42 saylı özülə aparmışdır
«S.Vəzirov» tərsanə təmiri ilə əlaqədar 25.03.08 tarixdə Gəmi Təmiri Zavodunun 901 saylı tərzanəsinə qaldırılmışdır.
Hövsan sahəsindən inşası başa çatmış, uzunluğu 2400m 12 düyməlik boru xətti Günəşli yatağı 13 və 14 saylı özüllər arasına «Lyutoqa» yedək gəmisi vasitəsilə nəql edilmişdir və suya batırılmışdır. İşlərin aparıldığı sahədə dənizin dərinliyi 127-141metr arası. İşlərin yerinə yetirilməsində kran gəmisi «V.Cəfərov» (100t kran) , mühəndis-geoloji «Geofizik», yedək gəmiləri «Lyutoqa»7200a/g, «Hövsan»1200a/g, «Mikayıl Əliyev» 1200a/g, «Orion-27» kateri 300a/g, «Cənub» kateri 150a/g, və 2 ədəd BMK7208, BMK7220 iştirak etmişlər.
Dübəndi portundan uzunluğu 310m 6 düyməli neft boru xəttini «Qaradağ-4» 300a/g, «Abşeron-14» 150a/g, BMK7648 gəmilərinin köməkliyi ilə Neft Daşları 915 və 1624 arası sahədə dənizin dibinə yerləşdirdilər.
«İ.Poluyev» və «Lyutoqa» gəmiləri Astra ÜQQ-da təmir işləri başa çatması ilə əlaqədar Bakıdan Həştərxan reydinə yedəkləyərək aparılmış, təyin olunmuş qazma nöqtəsinə qoyularaq gəmilər Bakıya qayıtmışlar.
«E.Xalıqov» «Nefteqaz 10» Bakı limanı DKQİ-nin sifarişinə əsasən Günəşli yatağı 15 saylı özüldə sementləmə işlərini başa çatdırmışlar
«S.Quliyev» - Darvin bankası 260-340 saylı özüllər arası 4 km-lik kabeli yığaraq Limanbaza körpüsündə 1 saylı Tikinti Quraşdırma İdarəsində xüsusi laborator tədqiqatı keçərək aşkar edilmiş deffektlər və çatışmamazlıklar təmir edilərək aradan qaldırılmış. Hal-hazırda kabel olduğu yerə qaytarılab və özüllərdə işıq bərpa edilib.
«G.Şixlinski» kran gəmisi H.Əliyev adına Bakı Dərin özüllər zavodunda tikintisi başa çatmış dayaq blokunu (590t) və 11 svay (110t), yükləyərək Neft Daşlarına nəql etmiş. Hal-hazırda dayaq bloku suya salınmış və 4 ədəd svay uzunluğu (35m) dənizin dibinə vurulmuş. İşlərin aparılan sahədə dənizin dərinliyi 21-27 metr. İşlər davam edir.
|
http://www.kmnf-az.com/az/archive/view/22 |
|