Çap versiyası
Xəzər Dəniz Neft Donanmasının «General Şıxlinski» kran gəmisi Zığ-2 yük körpüsündən yüklədiyi 150t ağırlığında yaşayış blokunu Bulla-Dəniz 82 saylı özüldə quraşdırmışdı. Gəmi bu işləri başa çatdıraraq Bakı Dərin Dəniz Özüllər Zavodundan 2 ədəd dəyaq bloku 300t, 5 ədəd aralıq seksiyası 135t, boru 60t üzərinə yükləmiş və Qum-Dəniz neft-qaz yatağına yola düşmüşdür. Qum-Dəniz 474 saylı özülə yan alaraq hündürlüyü 53 metrlik qüllənin yerini dəyişməklə məşğuldur. Həftənin axırına qədər Zığ-2 yük körpüsünə gəlib 1 ədəd 10x20m dayaq bloku, dizel generator yükləyib Darvin bankası 340 saylı özülə aparacaqdır.
«Şirvan-3» kran gəmisi Zığ-2 yük kopüsündən 340 ttikinti materiallarını yükləyib Neft Daşlarına getmiş həmin yükləri Neft Daşları yük körpüsünə, sərnişin körpüsünə, 256 saylı meydançaya boşaldmışdır.
«V.Cəfərov» kran gəmisi Zığ yük körpüsündən yüklənən 120t tikinti materiallarını Neft Daşları Baza-4 boşaltmışdır və Günəşli yatağında 14 saylı Dərin Dəniz Özülündə 12 düymə sualtı boru kəmərinə xamıtın bağlanması və dik dayaq xətlərinin təmiri ilə məşğul olmuşdur. Bu işlərin yerinə yetirilməsində «Neftqaz-10» təchizat gəmisidə iştirak etmiş. Belə ki, gəmi sualtı boru xəttini sualtı aparatla yoxlayıb və normal işini təyin etmişdir.
«Ehram Xalıqov» və «Samir Quliyev» təchizat gəmiləri Qaradağ yük körpüsündən sementləmə texnikasını yükləyərək Neft Daşları 1887 saylı özülə yola düşmüşlər və yuxarıda qeyd olunan özüldə sementləmə işləri aparacaqlar.
«S.Vəzirov» boru düzən gəmidə işə hazırlıq davam edir.
«Vixr-3» yanğınsöndürən gəmisinin istismar vaxtı bitdiyindən gəmi təmirə durmuşdur.
«Kür» metanoldaşıyan gəmisi 160t miqdarında metanol Sənqaçal bazasından qəbul edərək «28 May» adına NQÇİ-nin Günəşli yatağındakı özüllərinə paylaşdırmış və İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsinin Liman bazasına qayıtmışdır. |