Çap versiyası
Xəzər Dəniz Neft Donanmasının «General Şıxlinski» kran gəmisi Zığ yük körpüsündən 150t ağırlığında dayaq blokunu yükləmiş və Bahar neft-qaz yatağı 3 saylı qaz yığma məntəqəsinə nəql etmiş və təyin olunmuş yerə boşaldmışdır. Aralıq seksiyaları vasitəsilə köhnə blok təzə bloka bərkidilmişdir.
«Vaqif Cəfərov» kran gəmisi Bahar yatağı 76 saylı özüldə gəmilərin yan alması üçün meydançalar quraşdırmış və quraşdırmaqda davam edir.
İşə hazırlaşan «Süleyman Vəzirov» boru düzən gəmisində avadanlıqları quraşdırması işində «Vaqif Cəfərov» kran gəmisi fəal iştirak etmişdir.
«Şirvan-3» kran gəmisi Zığ yük körpüsündən tikinti materiallarını Neft Daşlarına çatdırmış və oradan Banka Abşeron 203 saylı özüldə tikinti işlərini aparmaq üçün ekskavator kranı çatdırmışdır.
«Əli Əmirov» mühəndis-geoloji gəmisində 80-100mdərinlikdə dalğıcların sınaq işləri müvəffəqiyyətlə başa çatdırılmışdır. Hava şəraitinin əlverişli olduğu halda gəminin «28 may» adına NQÇİ-nin sifarişi ilə Günəşli yatağı 11 saylı özüldə işlənməsi planlaşdırılır.
«Andoqa» təchizat-yedək gəmisi Bahar yatağında işləyən «General Şixlinski» kran gəmisinin lövbərlərinin daşınmasında iştirak etmişdir.
«Aura» nəqliyyat yedək gəmisi tərsanə təmirinə saxlanılmış və tərsanəyə qaldırılması üçün gəmidə hazırlıq işləri gedir.
Son zamanlar qazma işlərinin sürətləndirilməsi, qazma avadanlıqlarının daşınması, sementləmə işlərinin yerinə yetirilməsinə görə dəniz nəqliyyatına tələbat çoxalmışdır. Əsasən bu işlərə «E.Xalıqov», «Lyutoqa», «Andoqa», S.Quliyev» gəmiləri cəlb edilmişdir. |