az | ru | en


    Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlıq etməyə hazırıq.

    Heydər Əliyev

 

    Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan Dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Bizim məqsədimiz Azərbaycanı müasir, zəngin, güdrətli dövlətə çevirməkdir.

    İlham Əliyev

 

  ARXİV

20.09.2007 Çap versiyası

       Güclü şimal-qərb küləyinin əsməsi ilə əlaqədar gəmilər işlərini dayandırmış və təhlükəsiz mövqelərdə yerləşdirilmişdir.
        Neft Daşları, Günəşli neft-qaz yataqlarında təhlükəsizliyin təmin edilməsi məqsədi ilə «İlqar Poluyev», «Neftqaz-10» yedək gəmiləri növbətçi təyin olunmuşlar.
        «General Şixlinski» kran gəmisi «Qum adası» NQÇİ-nin sifarişinə əsasən Qum-Dəniz 363 saylı özüldən 53 metrlik qülləni Qum-Dəniz 412 saylı özülə köçürməklə məşğuldur.
        «Şirvan-3» kran gəmisi Qaradağ yük körpüsündən 4 ədəd yaşayış budkalarını yükləyərək Günəşli 13 saylı özülə aparmışdır.
        «Şkval» kompleks geoloji-kəşfiyyat və topoqrafiya idarəsinin sifarişi ilə Qoşa Daş rayonuna yola düşmüşdür.
        «Əli Əmirov» mühəndis-geoloji gəmisi qəzadan xilasetmə işləri idarəsinin sifarişinə əsasən 19.09.07-ci il tarixdə Günəşli yatağına göndərilməsi planlaşdırılır.
         «Bunkerovşik-4» tanker gəmisi «Anşad Petrol» MM-nin sifarişinə əsasən Neftçala neft terminalından ixrac neftinin Dübəndi neft terminalına nəql edilməsi məqsədi ilə 18.09.07-ci tarixində Neftçalaya göndərilmişdir.
         «Vixr-3» yanğınsöndürən gəmisində tərsanə təmiri işlərinin başa çatması ilə əlaqədar gəmi suya salınmışdır.
        Havaların əlverişli keçməsi ilə əlaqədar kran və yedək gəmiləri sifarişçilərin iş planına uyğun olaraq işləməyə başlamışlar.
        20 sentyabr Neftçilər günü münasibətilə «Zülfü Hacıyev», «Məcik-1», «Andoqa», «Alatau», «Sabit Orucov», «İrqiz», «Vixr-9», «Şoulan»,             «Ədalət Gülməmmədov» və «Hövsan-5» gəmiləri dəniz kənarı park ətrafında, şənliklərində iştirak edəcəklər.



 
 
  Xəbərlər
 
 
 
 
 
©2008, CSOF, All rights reserved.
Created by Vision PC