az | ru | en


    Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlıq etməyə hazırıq.

    Heydər Əliyev

 

    Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan Dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Bizim məqsədimiz Azərbaycanı müasir, zəngin, güdrətli dövlətə çevirməkdir.

    İlham Əliyev

 

  ARXİV

04.10.2007 Çap versiyası

       «General Şixlinski» kran gəmisi Neft Qaz Tikinti trestinin 4 saylı Tikinti Quraşdırma idarəsinin sifarişinə əsasən Zığ yük körpüsündən yüklənən qülləaltı postamenti, nasosu, çənləri, yan alma meydançalarını və s. avadanlıqları. Günəşli yatağı 11 saylı Dəniz Dərin Özülünə nəql edərək həmin özülə quraşdırmaqla məşğuldur. İşlərin yerinə yetirilməsində «Neftqaz-10» və «Kür» yedək gəmiləri köməkçi gəmilər kimi istifadə edilmişdir.
       «V.Cəfərov» kran gəmisi - Neft Qaz Tikinti trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin sifarişi ilə Neft Daşları 1145 saylı özüldə su altı boru xəttinin demontajı işini yerinə yetirmişdir.
       «Şirvan-2» kran gəmisi «28 may» adına NQÇİ-nin sifarişinə əsasən Günəşli yatağında özüllərə metanol və avadanlıqların verilməsini təmin etmişdir.
       «Şirvan-3» kran gəmisi Neft Qaz Tikinti trestinin 6,7 saylı Tikinti Quraşdırma İdarəsinin Zığ yük sahəsindən tikinti materiallarını Neft Daşlarına çatdırmışdır.
       «Z.Hacıyev» kran gəmisi Kompleks Qazma İşləri trestinin «Qum adası» Dəniz Qazıma İşləri İdarəsinin sifarişi ilə Bahar yatağı 76 saylı özüldə qazma işlərinin başlaması ilə əlaqədar avadanlıqları 205,46 saylı özüllərdən qeyd olunan özülə daşımış və davam etməkdədir.
       «Ehram Xalıqov» və «Samir Quliyev» təchizat gəmiləri Bayıl Limanı Kəşfiyat Qazıma İdarəsinin sifarişi ilə Neft Daşlarına 1887 saylı özüldə sementləmə işlərini yerinə yetirmişlər. 
       «Ə.Əmirov» mühəndis-geoloji və «Neftqaz-10» təchizat-yedək gəmiləri Günəşli yatağı 4 saylı DDÖ-də dalgıc işləri yerinə yetirirlər.
       Gəmilərin və digər üzən qurquların sualtı hissələrinin, vint-sükan qrupunun onların doka yerləşdirilmədən yoxnılması üçün Xəzər Dəniz Neft Donanması Rusiya Dəniz Reqistrinin razılığını almışdır.
       Bunun üçün «Ə.Əmirov» mühəndis-geoloji gəmisi, «Geofizik» dalğıc gəmisi «Avior» xilasedici yedək gəmisi sualtı mexaniki alətlərlə, metalın qalınlığını ölçən cihazlarla və sualtı video cihazlarla komplektləşdirilmişdir.
       «Ə.Əmirov» gəmisi təmirdən sonra 60 metrə qədər dərinlikdə və tənəffüs üçün hava-helium və helium-oksigen qarışıqlarından istifadə etməklə saturasiya üsulu ilə 10 metr dərinliyə qədər dalğıc və sualtı-texniki işləri yerinə yetirmək imkanına malikdir. Dalğıcları təmin etmək üçün gəmidə sualtı çilçiraqlar, sualtı hidroalətlərin işləməsi üçün sualtı hidravlik stansiya, sualtı video cihazlar və sualtı elektrooksigen metal kəsən yerləşdirilmişdir. Bütün bunlar Xəzər Dəniz Neft Donanmasının dalgıc xidmətini dənizdə neft-qaz hasilatı və tikinti zamanı sualtı-texniki işləri keyfiyyətlə yerinə yetirməyə imkan verir.                
 



 
 
  Xəbərlər
 
 
 
 
 
©2008, CSOF, All rights reserved.
Created by Vision PC