az | ru | en


    Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlıq etməyə hazırıq.

    Heydər Əliyev

 

    Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan Dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Bizim məqsədimiz Azərbaycanı müasir, zəngin, güdrətli dövlətə çevirməkdir.

    İlham Əliyev

 

  ARXİV

08.04.2008 Çap versiyası

Xəzər Dəniz Neft Donanmasında Beynəlxalq Konvensiyalara əsasən sertifikatlaşdırılma: MKUB Beynəlxalq Təhlükəsizlik Sisteminin Kodeksi
OSPS Gəmilərin və Liman vasitələrinnin mühafizəsi
Beynəlxalq Kodeksi
İSO 9000 Keyfiyyət Menecmenti
İSO 14000 Ekoloji Menecment
OHSAS 18001 Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi
Menecmenti Beynəlxalq İdarəetmə Standartlarının tətbiqi
Haqqında
ARAYIŞ
 
 
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ( ARDNŞ ) rəhbərliyi qarşısında Şirkəti beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevirmək vəzifəsi qoymuşdur ki, bu istiqamətdə görülən ən önəmli addımlardan biri də dünyanın qabaqcıl ölkələrində tətbiq edilən İSO seriyalı beynəlxalq idarəetmə sistemlərinin ARDNŞ müəssisələrində tətbiqinin həyata keçirilməsidir.
       İSO seriyalı beynəlxalq idarəetmə standartlarının tətbiqi və müvafiq setrifikatların alınması məsələlərinin aktuallığını nəzərə alan Xəzər Dəniz Neft Donanmasında ( XDND ) bu istiqamətdə artıq müəyyən işlər görülmüşdür.
       Beləki, XDND hələ 29.01.1999-cu il tarixdə Beynəlxalq Təhlükəsizlik Sisteminin Kodeksi (MKUB) əsasında Rusiya Dəniz Reqistri tərəfindən sertifikatlaşdırılmışdır : 14 xidmət və şöbə, həmçinin 15 gəmi ( «General Əsədov» və «Sabit Orucov» sərnişin, «General Ə. Şıxlinski» kran-montaj, «Vaqif Cəfərov», «Ramiz Hacıyev», «Atlet-8» kran, «Vadim Seyidov», «Oqtay Vəliyev», «Nefteqaz-10», «Aura»,«İlqar Poluyev»,«Andoqa»,«E.Xalıqov», «Lytoqa» təchizat-yedək, «Samir Quliyev» təchizat-yedək-kabeldüzən ) müvafiq sertifikat almışlar. Həmin gəmilərdən 11 ədədi («Vadim Seyidov», «Oqtay Vəliyev», «Nefteqaz-10», «Aura»,«Andoqa», «Lytoqa»»,«İlqar Poluyev»,«Vaqif Cəfərov» təchizat-yedək, «Samir Quliyev» təchizat-yedək-kabeldüzən, «Ramiz Hacıyev» və «Atlet-8» kran gəmiləri ) beynəlxalq konvensiyaların tələblərinə cavab verən sənədlər almaqla xarici ölkələrə səfər etmək hüququ qazanmışlar. Beynəlxalq Təhlükəsizlik Sisteminin Kodeksi (MKUB) siyasətinə əsaslanmaq isə, öz növbəsində, gəmilərin təhlükəsiz istismar olunmasına, dənizin çirklənməsinin qarşısının alınmasına, gəmi heyətinin təhlükəsiz iş metodları əsasında işləməsinə şərait yaradır.
       Bundan əlavə, 16.08.2004-cü il tarixdən XDND-nın struktiur vahidi olan İxtisaslaşdırılmış Dəniz Neft Donanma idarəsi və 14 gəmi («General Əsədov», «Sabit Orucov»,«Vaqif Cəfərov», «Ramiz Hacıyev», «Atlet-8»,«Samir Quliyev»,«Vadim Seyidov»,«Oqtay Vəliyev»,«Nefteqaz-10», «Aura»,«Andoqa», «Lytoqa»»,«İlqar Poluyev»,«E.Xalıqov ».) «Gəmilərin və Liman vasitələrinin mühafizəsi» Beynəlxalq Kodeksi əsasında sertifikatlaş-dırılmışdır, nəticədə hazırda Liman bazada yeni mühafizə avadanlığı quraşdırılmış, Liman bazanın ərazisinin və körpülərə yan almış gəmilərin effektli mühafizəsi təmin edilmişdir.
       XDND-nin struktur vahidləri olan Gəmi təmiri zavodu və Dalğıc və Qəza Xilasetmə İşləri idarəsində 3 ildir ki, Keyfiyyət Menecmenti İSO 9001-2000 kimi beynəlxalq idarəetmə sistemi tətbiq olunmuşdur və işləyir. Digər struktur vahidləri də daxil olmaqla Xəzər Dəniz Neft Donanması üzrə 2006-cı ilin 3-cü rübündən başlayaraq İSO 9001 (Keyfiyyət Menecmenti) və İSO 14001 (Ekoloji Menecment) Beynəlxalq İdarəetmə Standartlarına uyğunluq sertifikatlarının alınması üçün zəruri olan sənədlərin tərtibatı, hazırlıq işlərinin aparılması məqsədilə Rusiyanın bu sahədə böyük təcrübəyə malik «Reqistr-Konsaltinq» Qapalı Səhmdar Cəmiyyəti (Sankt-Peterburq şəhəri) ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 3 mərhələli (6 fazalı) hazırlıq işi başa çadırılmış, XDND tərəfindən hər Standart üzrə işçi qrup və rəhbərliyin səlahiyyətli nümayəndəsi, struktur vahidlərində cavabdeh şəxslər təyin olunmuş, müvafiq seminarlar, kurslar təşkil edilməklə daxili auditorlar hazırlanmış, İSO 9001-2000 və İSO 14001-2004 Beynəlxalq İdarəetmə Standartlarına əsaslanaraq Keyfiyyət Menecmenti və Ekoloji Menecment Sistemlərini özündə cəmləşdirən XDND-nın İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) işlənmiş, İMS çərçivəsində zəruri standartlar, əsasnamələr, təlimatlar və digər sənədlər hazırlanıb təsdiqlənərək Donanmanın fəliyyətinə tətbiq edilmiş. Donanmada daxili, sertifikasiyaqabağı və sertifikasiya auditləri keçirilmiş, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planları hazırlanaraq icra olunmuşdur. Bundan əlavə, Xəzər Dəniz Neft Donanmasının və struktur idarələrinin xidmət, şöbə, sex və gəmilərinin «İSO 9000 / İSO 14000 / OHSAS 18001 Beynəlxalq İdarəetmə Standartları» kitabı ilə təmin olunması məqsədilə ARDNŞ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinə sifariş verilərək 437 kitab alınmış və paylanmışdır. Görülmüş genişmiqyaslı tədbirlər nəticəsində 2007-ci ilin son günlərində sertifikasiyaya uyğunluq üzrə xarici auditi keçirmiş müvafiq təyinatlı «Russkiy Reqistr» şirkətinin rəhbərliyi tərəfindən Xəzər Dəniz Neft Donanmasına 9001-2000 (Keyfiyyət Menecmenti Sistemi) və 14001-2004 (Ekoloji Menecment Sistemi ) beynəlxalq standartlarının tələblərinə uyğunluq sertifikatlarının verilməsi barədə təbrik məktubu daxil olmuşdur.
       Növbəti mərhələdə OHSAS 18001-2007 Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti Beynəlxalq İdarəetmə Standartı tələblərinə cavab verən idarəetmə sisteminin hazırlanması, XDND-da tətbiqi və işləməsi istiqamətində tədbirlərin icrası nəzərdə tutulur. Bununla əlaqədar 2007-ci ildə məsləhətçi timsalında «Reqistr - Konsaltinq» QSC ilə müqavilə bağlanmış, rəhbər işçilərlə müvafiq seminar keçirilmiş, 2008-ci ildə genişmiqyaslı işin icrası üçün dgər hazırlıq işləri aparılmışdır.
       Ümidvarıq ki, İSO 9000, İSO 14000 və OHSAS 18001 kimi Beynəlxalq İdarəetmə Standartlarının Xəzər Dəniz Neft Donanmasında tətbiqi, müvafiq istiqamətlərdə işin beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edəcək, gəmilərin, struktur bölmələrinin keyfiyyətli, təhlükəsiz, risksiz işləməsinə təkan verəcək, XDND-nın reytinqini yüksəltməklə ölkəmizdə, həmçinin ümumi Xəzər ətrafı regionda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə yeni əmək müqavilələrinin bağlanmasında önəmli rol oynayacaqdır.
 
 
       Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Xidmətinin rəisi: Ə. İsmayılov
 
 
 
Xəzər Dəniz Neft Donanmasının beynəlxalq İSO 9001-2000 (Keyfiyyət Menecmenti) və İSO 14001-2004 (Ekoloji Menecment) standartlarına uyğunluq sertifikattlarını almasına həsr olunmuş təntənəli iclasda çıxışın mətni
 
       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ( ARDNŞ ) rəhbərliyi qarşısında Şirkəti beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevirmək vəzifəsi qoymuşdur ki, bu istiqamətdə görülən ən önəmli addımlardan biri də dünyanın qabaqcıl ölkələrində tətbiq edilən İSO seriyalı beynəlxalq idarəetmə sistemlərinin ARDNŞ müəssisələrində tətbiqinin həyata keçirilməsidir.
       İSO seriyalı beynəlxalq idarəetmə standartlarının tətbiqi və müvafiq setrifikatların alınması məsələlərinin aktuallığını nəzərə alan Xəzər Dəniz Neft Donanmasında ( XDND ) bu istiqamətdə artıq müəyyən işlər görülmüşdür.
       Beləki, XDND-nin struktur vahidləri olan Gəmi təmiri zavodu və Dalğıc və Qəza Xilasetmə İşləri idarəsində 3 ildir ki, Keyfiyyət Menecmenti İSO 9001-2000 kimi beynəlxalq idarəetmə sistemi tətbiq olunmuşdur və işləyir. Digər struktur vahidləri də daxil olmaqla Xəzər Dəniz Neft Donanması üzrə 2006-cı ilin 3-cü rübündən başlayaraq İSO 9001 (Keyfiyyət Menecmenti) və İSO 14001 (Ekoloji Menecment) Beynəlxalq İdarəetmə Standartlarına uyğunluq sertifikatlarının alınması üçün zəruri olan sənədlərin tərtibatı, hazırlıq işlərinin aparılması məqsədilə Rusiyanın bu sahədə böyük təcrübəyə malik «Reqistr-Konsaltinq» Qapalı Səhmdar Cəmiyyəti (Sankt-Peterburq şəhəri) ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 3 mərhələli (6 fazalı) hazırlıq işi başa çadırılmış, XDND tərəfindən hər Standart üzrə işçi qrup və rəhbərliyin səlahiyyətli nümayəndəsi, struktur vahidlərində cavabdeh şəxslər təyin olunmuş, müvafiq seminarlar, kurslar təşkil edilməklə daxili auditorlar hazırlanmış, İSO 9001-2000 və İSO 14001-2004 Beynəlxalq İdarəetmə Standartlarına əsaslanaraq Keyfiyyət Menecmenti və Ekoloji Menecment Sistemlərini özündə cəmləşdirən XDND-nın İnteqrasiya olunmuş Menecment Sistemi (İMS) işlənmiş, İMS çərçivəsində zəruri standartlar, əsasnamələr, təlimatlar və digər sənədlər hazırlanıb təsdiqlənərək
 
       Donanmanın fəliyyətinə tətbiq edilmiş, Donanmada daxili, sertifikasiyaqabağı və sertifikasiya auditləri keçirilmiş, aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planları hazırlanaraq icra olunmuşdur. Bundan əlavə, Xəzər Dəniz Neft Donanmasının və struktur idarələrinin xidmət, şöbə, sex və gəmilərinin «İSO 9000 / İSO 14000 / OHSAS 18001 Beynəlxalq İdarəetmə Standartları» kitabı ilə təmin olunması məqsədilə ARDNŞ Sosial İnkişaf İdarəsinin Təlim, Tədris və Sertifikatlaşdırma Departamentinə sifariş verilərək 437 kitab alınmış və paylanmışdır. Görülmüş genişmiqyaslı tədbirlər nəticəsində 2007-ci ilin son günlərində sertifikasiyaya uyğunluq üzrə xarici auditi keçirmiş müvafiq təyinatlı «Russkiy Reqistr» şirkətinin rəhbərliyi tərəfindən Xəzər Dəniz Neft Donanmasına 9001-2000 (Keyfiyyət Menecmenti Sistemi) və 14001-2004 (Ekoloji Menecment Sistemi ) beynəlxalq standartlarının tələblərinə uyğunluq sertifikatlarının verilməsi barədə təbrik məktubu daxil olmuşdur.
       Növbəti mərhələdə OHSAS 18001-2007 Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti Beynəlxalq İdarəetmə Standartı tələblərinə cavab verən idarəetmə sisteminin hazırlanması, XDND-da tətbiqi və işləməsi istiqamətində tədbirlərin icrası nəzərdə tutulur. Bununla əlaqədar 2007-ci ildə məsləhətçi timsalında «Reqistr - Konsaltinq» QSC ilə müqavilə bağlanmış, rəhbər işçilərlə müvafiq seminar keçirilmiş, 2008-ci ildə genişmiqyaslı işin icrası üçün dgər hazırlıq işləri aparılmışdır.
       Ümidvarıq ki, İSO 9000, İSO 14000 və OHSAS 18001 kimi Beynəlxalq İdarəetmə Standartlarının Xəzər Dəniz Neft Donanmasında tətbiqi, müvafiq istiqamətlərdə işin beynəlxalq tələblər səviyyəsində aparılmasını təmin edəcək, gəmilərin, struktur bölmələrinin keyfiyyətli, təhlükəsiz, risksiz işləməsinə təkan verəcək, XDND-nın reytinqini yüksəltməklə ölkəmizdə, həmçinin ümumi Xəzər ətrafı regionda fəaliyyət göstərən yerli və xarici şirkətlərlə yeni əmək müqavilələrinin bağlanmasında önəmli rol oynayacaqdır.



 
 
  Xəbərlər
 
 
 
 
 
©2008, CSOF, All rights reserved.
Created by Vision PC