 Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlqrının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında 20 sentyabr 1994-cü ildə Saziş imzalanmışdır. Müstəqil Azərbaycan Respublikasının Neft Strategiyasının təməlini təşkil edən və beynəlxalq aləmdə “Əsrin Müqaviləsi” kimi tanınan bu Saziş imzalandıqdan sonra Xəzər Dəniz Neft Donanmasının fəaliyyətində yeni dövr başlanmışdır.
Donanmanın gəmiləri ilk gündən xarici neft şirkətlərinin rəhbərliyi ilə aparılan layihələrə cəlb olunmuş, bu məqsədlə xarici şirkətlər tərəfindən ayrılmış sərmayə hesabına tələb olunan gəmilərdə əsaslı təmir və modernləşdirmə işləri yerinə yetirilmişdir.
ALYANSLAR
Dəniz nəqliyyatı və dalğıc xidmətlərinə görə sifarişlərin qərb standartları səviyyəsində yerinə yetirilməsi məqsədi ilə xarici ölkələrin bu sahədə ixtisaslaşmış şirkətləri ilə Alyans Sazişləri imzalanmışdır. Belə ki, XDND/Taydvoter, XDND/BYUİ Caspian, ARDNŞ/KMS və ARDNŞ/Saypem Alyansları Xəzərin Azərbaycan sektorunda yerləşən neft və qaz yataqlarının və perspektiv strukturların kəşfiyyatı və işlənməsinə dair müxtəlif Sazişlər üzrə çalışan podratçılara və onları təmsil edən əməliyyat şirkətlərinə nəqliyyat, dalğıc və digər dəniz xidmətlərini göstərir.
Donanmanın Gəmiləri vasitəsi ilə yerinə yetirilən Layihələr:
AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ
· İlkin Neft Layihəsi
- “Dədə Qorqud” Üzən qazma qurğusuna xidmət,
- 177 km uzunluğunda 30” sualtı neft kəmərinin və 48 km uzunluğunda 28” qaz kəmərinin çəkilişi,
- Çıraq -1 platformasının tikintisində bütün nəqliyyat-daşıma, kran əməliyyatları
· Yataqların Tammiqyaslı İşlənməsi Layihəsi.
Mərhələ 1, Mərhələ 2, Mərhələ 3
- “Dədə Qorqud” və “İstiqlal” üzən qazma qurğularına xidmət,
- Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri platformalarınındib plitələrinin qoyulması,
- Mərkəzi Azəri, Kompressor və su techizatı platformalarının dayaq bloklarının sahildən daşınması və yerində quraşdırılması,
- Mərkəzi Azəri platformasının üst hissəsinin sahildən daşınması və yerində quraşdırılması,
- Mərkəzi Azəri platformasından sahilə kimihər birinin uzunluğu 185 km olan 30” neft, 28” qaz kəmərlərinin çəkilişi,
ŞAHDƏNİZ
- “Dədə Qorqud” və “İstiqlal” üzən qazma qurğularına xidmət,
ÜZƏN QAZMA QURĞULARINA XİDMƏT
ACİP, BP, ŞEVRON, JAPEX, EKSON, LUKOİL şirkətlərinin sifarişinə əsasən Qarabağ, Dan Ulduzu-Əşrəfi, Lənkəran Dəniz –Talış Dəniz, Abşeron, Atəşgah, Naxçıvan, Yalama yataqlarında kəşfiyyat-qazma işlərini yerinə yetirən “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” və “Heydər Əliyev” üzən qazma qurğularına xidmət göstərilib.
PERSPEKTİV LAYİHƏLƏR
Yaxın illərdə Mərkəzi Azəri, Kompressor və su təchizatı, Qərbi Azəri, Şərqi Azəri, Günəşli ( yatağın dərinlik hissəsində tikiləcək) və TPG-500 (Şahdəniz) platformalarının tam tikilib istifadəyə verilməsində, o cümlədən uzunluğu 187 km olan 30” və hər birinin uzunluğu 92 km olan 26”, 12” və 4” sualtı boru kəmərlərinin tikintisində donanmanın gəmilərindən, 15 000 t yükqaldırma imkanına malik “Yüsif İsmaylov” Üzən Quru Dokundan və digər infrastrukturundan istifadə olunacaq,
XƏZƏRİN DİGƏR SEKTORLARI
Xəzər Dəniz Neft Donanmasının Xəzər dənizinin digər sahələrində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığa da xüsusi əhəmiyyət verir. Donanmanın Gəmiləri Xəzərin İran, Türkmənistan, Qazağıstan və Rusiya sektorlarında müxtəlif sifarişləri yerinə yetirir. |