az | ru | en


    Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlıq etməyə hazırıq.

    Heydər Əliyev

 

    Müdrik Heydər Əliyevin əsəri olan müasir Azərbaycan Dövləti bundan sonra da güclənəcək, zənginləşəcək və hərtərəfli inkişaf edəcəkdir. Bizim məqsədimiz Azərbaycanı müasir, zəngin, güdrətli dövlətə çevirməkdir.

    İlham Əliyev

 

Dəniz nəqliyyatı xidmətləri
Dalğıc xidmətləri
Gəmi təmiri xidmətləri

  Dalğıc xidmətləri

    Azərbaycanda dəniz neft sənayesinə xidmət göstərən dalğıc işləri xidməti 1949-cu ildə Xəzər dənizində neftin kəşf olunmasından sonra başlanmışdır. 1975-ci ilə qədər dalğıc və qəza-xilasetmə işləri hər bir Neft və Qaz Çıxarma İdarəsinin (NQÇİ) tabeliyində olan dalğıc və qəza-xilasetmə xidmətləri tərəfindən yerinə yetirilirdi. 1975-ci ilin dekabr ayında bütün bu xidmətlər “Xəzərdənizneftqazdonanma” idarəsinin tərkibində bir idarə - Sualtı Texniki İşlər və Dənizin Çirklənmədən Qorunması Üzrə İxtisaslaşmış İdarəsı adı altında birləşdilər. 1992-ci ildən bu idarə Xəzər Dəniz Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi adlanaraq Dənizdə Neft və Qaz Çıxarma İstehsalat Birliyinin (sonradan “Azneft” İB-nin) tərkibində fəaliyyət göstərmişdir. ARDNŞ-də aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq, Xəzər Dəniz Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi 2007-ci ilin aprel ayından etibarən yenidən təşkil edilmiş və hazırda Xəzər Dəniz Neft Donanmasının struktur bölməsi olaraq, Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi  kimi fəaliyyət göstərir.
 
Dalğıc xidmətləri üzrə əsas fəaliyyat növləri aşağıdakılardır:
 
  • Hava dalğıc işlərinin yerinə yetirilməsi. Sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi MDK-60 hava dalğıc sistemi, “Orion”, “Zərdab”, “Urunos” tipli həmçinin dalğıc gəmiləri həmçinin, “Geofizik” və “Avior” hava-dalğıc kompleksli dalğıc gəmiləri vasitəsi ilə yerinə yetirilir.
  • Saturasiya üsullu dalğıc işlərinin yerinə yetirilməsi. 200 metrə qədər saturasiya dalğıc işləri d/e “Əli Əmirov” gəmisində yerləşdirilmiş Dərinlik Dalğıc Kompleksi vasitəsi ilə yerinə yetirilir.
  • Heyətsiz Sualtı Aparatlarla (HSA) sualtı-texniki işlərinin yerinə yetirilməsi. HSA təminatı işləri göyərtəsində 2 ədəd inspeksiya tipli “Seahawk” və 1 ədəd işçi tipli “Skorpio” HSA avadnlıqları yerləşdirilmiş “Təbriz Xəlilbəyli” gəmisi vasitəsi ilə yerinə yetirilir.
  • Qəza-xilasetmə xidməti təmini. Bu xidmət dəniz estakadalarında, dərinlik dəniz özüllərində və gəmilərin yan alma körpülərində yerləşən xilasetmə postlarında çalışan xilasedici-matroslar tərəfindən yerinə yetirilir.
 
  


 
 
  Xəbərlər
 
 
 
 
 
©2008, CSOF, All rights reserved.
Created by Vision PC