
Xəzər Dəniz Neft Donanmasının tərkibində Donanmanın yüksək keyfiyyətli təmirini təmin etmək imkanına malik olan Gəmi Gəmiri Zavodu mövcuddur.
Gəmi Təmiri Zavodu 1955-ci ildə tikilmiş və həmin vaxtdan istismara verilmişdir.
O, gəmi təmiri üçün zəruri olan tam texniki təchizatlı 3 üzən tərsanə və inkişaf etdirilmiş gəmi təmir etmək qabiliyyətinə malikdir.
Zavod bütün tipli gəmiləri, həmçinin stasionar və yarımdalma qazma qurğularını təmir etmək qabiliyyətinə malikdir.
Üzən-tərsanə №806, qaldırma qüvvəsi - 4500 t, uzunluğu 102 m, eni -20m.
Üzən-tərsanə №953, qaldırma qüvvəsi - 5000 t, uzunluğu 128 m, eni -23m.
Üzən-tərsanə №901, qaldırma qüvvəsi - 15000 t, uzunluğu 128 m, eni -75m.
901 №-li üzən tərsanə öz eninə görə təkcə Xəzərdə deyil, həm də bütün MDB məkanında ən böyük üzən tərsanədir.
Bu tərsanə Donanmanın ən iritonnajlı gəmilərini (“Azərbaycan”, “Qurban Abbasov”, “İ.Hüseynov”), stasionar və yarımdalma qazma qurğularını qaldırmaq imkanına malikdir.